Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster VIII turda yerli şahmatçı, keçmiş dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Məmmədyarov ağ fiqurlarla oynayacaq.
Şahmatçılar hazırda 9 xalla 7-8-ci yerləri bölüşürlər. Lider 14,5 xala malik Fabiano Karuanadır (ABŞ).
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.