Azərbaycan şahmatçısı Günay Məmmədzadənin iştirakı ilə Sent-Luisdə (ABŞ) keçirilən “Cairns Cup” turnirinin iştirakçılarının tərkibində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, tanınmış Hindistan şahmatçısı Hampi Koneru yarışı tərk edib.
Günay onunla beşinci turda oynamalı idi. Koneru ilə əvvəlki oyun günlərində qarşılaşan digər şahmatçıların nəticələri isə ləğv edilib.
2 xalı olan Məmmədzadə dördüncü yerdədir. O, lider Anna Zatonskixdən (ABŞ) bir xal geri qalır.