Hindistanda Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, qrossmeysterimiz dördüncü turda ev sahibi Arin Anveşə qalib gəlib. Mirzəyev üçün bu, yarışda üçüncü qələbə olub.
O, 3,5 xal toplayıb və Boris Savçenkonun (FIDE) rəhbərlik etdiyi lider qrupundan yarım xal geri qalır.