Azərbaycanda üzgüçülük üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir keçirilə bilər.
Bu barədə Fanat.Az-a Azərbaycan üzgüçülük yığmasının baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib.
Çalışdırıcının sözlərinə görə yarışın mart ayında keçirilməsi mümkündür:
"Azərbaycanda heç vaxt o səviyyədə üzgüçülük yarışı olmayıb. Hazırda federasiyanın əsas planlarından biri bu turnirin təşkilinə nail olmaqdır. Beynəlxalq federasiyaya müraciət ünvanlanıb. Yarışın təşkili istiqamətində əməli işlər görülür. Ümid edirik ki, müsbət cavab alacağıq".
Sahib