Avropa Kanoe Assosiasiyası mayın 4-7-də Mingəçevirdə keçiriləcək “Prezident Kuboku” beynəlxalq reqatası haqqında yazıb.
Fanat.Az xəbər verir ki, qurumun saytı Heydər Əliyevin yüz illiyinə həsr olunan yarışda 2005-2010-cu il təvəllüdlü idmançıların çıxış edəcəyini vurğulayıb.
Kanoe yarışlarında təklər və cütlər arasında 100, 200 və 500 metr məsafələrə mübarizə baş tutacaq.