Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaq.
Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.
Qeyd edək ki, Avropa çempionatı 25 - 28 mayda baş tutacaq.