Azərbaycan üzgüçüsü Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, Roman Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq Paralimpiadanın çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də qazandığı ikinci qızıl medaldır. Ölkəmizin hesabına ilk baş mükafatı qadın cüdoçu Şəhanə Hacıyeva yazıb.
Sahib Əsədbəyli