Azərbaycan Üzgüçülük Federasiyası Sergey Bondarla yollarını ayırdıqdan sonra yığmada boş qalan məşqçi postuna mütəxəssis axtarışındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qurum rəhbərliyi ukraynalının yerinə daha təcrübəli əcnəbi məşqçi gətirmək istəyir. Mənbə namizədlərin adını açıqlamasa da, təyinatın yaxın zamanda gerçəkləşməsini istisna etməyib.
Xatırladaq ki, federasiya Tokio-2020 Yay Olimpiya Oyunlarındakı qeyri-qənaətbəxş çıxış səbəbindən Bondarla müqaviləni yeniləməmişdi.
Sahib