Noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, 3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Su İdmanı Sarayında təşkil olunacaq çempionata saat 17:00-da start veriləcək.