Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan ərazilərdə ilk beynəlxalq idman yarışını təşkil edəcək.
Fanat.Az xəbər verir ki, bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” turniridir. Reqatanın ilk mərhələsi mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.
Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.