Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan ərazilərdə ilk beynəlxalq idman yarışını təşkil edəcək.
Fanat.Az xəbər verir ki, bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” turniridir.
Yarışda Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan gələn idmançılar mübarizə aparacaqlar.
Reqatanın ilk mərhələsi mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq. Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.
“Prezident Kuboku” turnirinin proqramını təqdim edirik:
5 may - Mingəçevirdə mərkəzi küçədə komandaların rəsmi keçidi (parad)
6 may - Suqovuşan açılış mərasimi və kayak və kanoe üzrə yarışlar
7 may - Mingəçevir - akademik avarçəkmə üzrə yarışlar.
Günün sonunda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 3D formatında su üzərində video şou. Ardınca flyboard şuo (su üzərində şou) və atəşfəşanlıq.
Röya