Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.
Qadın üzgüçümüz Məryəm Şeyxəlizadəxangah da eyni üsul və məsafədə üçüncü nəticə göstərib. 18 yaşlı idmançı finişə 1 dəqiqə 2,25 saniyəyə çatıb.
Qeyd edək ki, Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 mert məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.