Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Ramil Vəlizadə finişə hamıdan tez çatıb. 18 yaşlı idmançı 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada qazandığı 22-ci qızıl medaldır.