Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən Dünya Kubokunun növbəti mərhələsində 20-ci yeri tutub.
Azərbaycan Triatlon Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bu nəticə 35 yaşlı idmançıya qlobal şəxsi reytinqini yaxşılaşdırmaq imkanı yaradıb. O, 6 pillə irəliləyərək, 64-cü pilləyə yüksəlib.
Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün reytinqdə ilk 55 idmançı arasında olmalıdır.
Qeyd edək ki, Dünya Kubokunda braziliyalı Manoel Messias qızıl, ispaniyalı Mario Mola gümüş, ABŞ-dan olan Metyu Makelroy isə bürünc medal qazanıb. İlk "onluq"da İspaniyanın 5 təmsilçisi yer alıb.