15:40 09.09.2022 524

AKAF Neftçalada təlim-məşq toplanışı təşkil etdi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərin Neftçala rayonunda təlim məşq toplanışını təşkil edib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, bu gün start götürən toplanış öncəsi tədbirin rəsmi hissəsi baş tutub. Açılış mərasimində Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və AKAF-ın baş katibi Fərhad Əliyev çıxış edib.

Rəsmi çıxışlar zamanı Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevin gənclərə, idmana və idmançılara qayğısı xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin böyük dəstəyinin nəticəsidir ki, bu gün Azərbaycanda digər idman növləri ilə yanaşı avarçəkmə də sürətlə inkişaf edir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra avarçəkənlərin Axmaz göldə təlim-məşq toplanışına start verilib. Neftçala sakinlərinin də izlədiyi məşq prosesi böyük maraqla qarşılanıb. Milli komandanın Bakıdan və Mingəçevirdən olan üzvlərinin məşqinin ardınca neftçalalı yeniyetmə və gənclər avarçəkmə üçün nəzərdə tutulan təlim qayıqlarında avar çəkiblər. 
  
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prioritetlərindən biri ölkə ərazisində avarçəkmə idman növünün coğrafiyasını genişləndirməkdir. Həmçinin bu idman növündə kütləviliyin təmin olunması, avarçəkməni yeniyetmə və gənclərimiz üçün əlçatan etmək planlara daxildir. Beləliklə, gələcəkdə daha çox peşəkar idmançı yetişdirmək şəraiti olacaq. Nəticədə milli komandaya idmançı seçimi üçün geniş imkanlar yaranacaq. Neftçalada təşkil olunan təlim-məşq toplanışı da bu planlar çərçivəsindədir.  Tədbirin təşkili Neftçala və ətraf rayonlarda avarçəkməyə olan marağı daha da artırmaq məqsədi daşıyır. 

AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

Facebookdan bizi izləməyi unutmayın.
X