12:35 09.06.2023 812

Taekvondonun Bakı fiaskosuna sözardı - Federasiya niyə susur?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

29 may-4 iyun tarixlərində Azərbaycan paytaxtı Bakı növbəti məsul idman yarışına - taekvondo üzrə dünya çempionatına ev sahibliyi etdi. Sayca 26-cı olan mundialda 144 ölkədən 921 idmançı qüvvəsini sınadı. 

Dünya Taekvondosunun 50 illiyinə təsadüf edən dünya çempionatı rekord sayda izləyici auditoriyası toplaması ilə diqqət çəkdi. Belə ki, 21,7 milyon insan TikTok sosial şəbəkəsində #Baku2023wtc haştaqı ilə paylaşım edib. 1,6 milyon insan isə TikTok üzərindən də yayımlanan, 7 gün davam edən yarışa baxıb.

Azərbaycan yığması ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi dünya çempionatına 13 idmançı ilə qatılmışdı. Lakin onlardan heç biri mükafata layiq yer tuta bilmədi. Azərbaycan təmsilçilərinin ən yaxşı nəticəsi 1/4 finaladək irəliləmək oldu.

Bu yerdə statistikaya müraciət edərək 2001-ci ildən indiyədək qatıldığımız mundialların nəticəsini diqqətinizə çatdırırıq.

2001 Cecu, Cənubi Koreya – 1 qızıl (Niyaməddin Paşayev) 
2003 Qarmiş-Partenkirxen, Almaniya – 4 bürünc (Zahid Məmmədov, Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkkül Bayramov)
2005 Madrid, İspaniya – medal qazanmamışıq
2007 Pekin, Çin – 1 gümüş (Təvəkkül Bayramov)
2009 Kopenhagen, Danimarka – 1 bürünc (Rəşad Əhmədov)
2011 Kyancu, Cənubi Koreya – 1 bürünc (Ramin Əzizov)
2013 Puebla, Meksika – 2 bürünc (Radik İsayev, Fəridə Əzizova)
2015 Çelyabinsk, Rusiya – 1 qızıl (Radik İsayev)
2017 Mucu, Cənubi Koreya – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Məhəmməd Məmmədov)
2019 Mançester, İngiltərə – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Fəridə Əzizova)
2022 Qvadalaxara, Meksika – 1 bürünc (Cavad Ağayev).

Göründüyü kimi, 2001-ci ildən bu yana qatıldığımız DÇ-lərdə sadəcə bir dəfə - uzaq 2005-ci ildə medalsız qalmışıq. Eyni halın 18 il sonra doğma divarlar arasında təkrarlanması təbii ki, olduqca arzuolunmaz haldır.

Azərbaycanda taekvondonun heç də yaxşı dövrünü yaşamadığı idmanı yaxından izləyən hər kəsə məlumdur. Legionerlərin hesabına Rio-2016 Olimpiadasında üç medal qazanan milli komanda 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında fiaskoya uğradı. Oyunların ardınca 
kişilərdən ibarət millinin iranlı baş məşqçisi Reza Mehmandust ötən il onunla işləmək istəməyən idmançılara görə istefaya göndərilsə də, cəmi 1 ay sonra - qızıl medalsız qaldığımız İslamiadanın ardından yığmaya geri qaytarıldı. Buna səbəb həmin istefanın federasiya prezidenti Kəmaləddin Heydərovun icazəsi olmadan edilməsi idi. Qurum rəhbəri ötən ilin sonunda qadınlardan ibarət millidə də baş məşqçi dəyişikliyi edərək sükanı əvvəllər də yığmada çalışmış cənubi koreyalı Park Mi-suna tapşırdı.

Ancaq gedişat göstərdi ki, federasiya rəhbərinin qərarları uğursuzdur. Sözügedən mütəxəssislərin aldığı yüksək məvacib qarşılığında doğma divarlar arasında baş tutan çempionatda yaşanan nəticənin sadəcə bir adı var: Fiasko. 

Belə başa düşmək olar ki, federasiya rəhbəri əcnəbi mütəxəssisin rəhbərliyi altında 5 il əvvəlki Olimpiadada qazanılan medalların təsiri altındadır. Ancaq görünür, unudur ki, həmin medalların hər biri yerli deyil, legioner idmançıların sayəsində əldə olunmuşdu. İndi nə olimpiya çempionu Radik İsayev var, nə də bürünc medalçı Milad Beiqi Hərçəqani. Hazırda millidə olan Patimat Abakarova isə həmin oyunlardan bu yana ciddi heç nə ilə yadda qalmayıb. Bu məqamı da qeyd etmək yerinə düşər ki, əslən azərbaycanlı kişi taekvondoçu, başqa sözlə, yerli taekvondo məktəbinin yetirməsi sonuncu dəfə uzaq 2012-ci ildə ölkəmizi Olimpiya Oyunlarında təmsil edib. Bəhs olunan idmançıdan - Ramin Əzizovdan sonra ardıcıl dünya və Avropa çempionatlarında medal qazanan qeyri-legioner də yoxdur. Bu isə elə o anlama gəlir ki, Əzizovdan sonra bizim böyüklərdə dünya səviyyəli taekvondoçumuz yoxdur. Bəs bu qədər boşluq nədən irəli gəlir? Əlbəttə ki, qurumdakı yarıtmaz idarəçilikdən.

Üstəlik, nəzərə alsaq ki, mundial Paris-2024-ə ən çox lisenziya xalı qazandıran yarış idi, belədə biz önəmli reytinq xallarından da məhrum olmuş olduq. Hərçənd indiki vəziyyətdə dördilliyin əsas yarışında nəyəsə nail olmağımız sadəcə sensasiya olar.

Bəs uğursuzluğun səbəbləri açıqlanıb, hesabat veriləcəkmi? Bununla bağlı federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevlə əlaqə saxladıq. O, federasiya rəhbərinin göstərişinə əsasən danışa bilməyəcəyini, yaxın günlərdə qurumda toplantı baş tutacağını, yalnız bundan sonra mediaya açıqlama veriləcəyini bildirdi. Gözləyək...

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X