Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.
Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak edib. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.
Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, 53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova 2016-cı ildə Rio De Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.