
Taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku”nun keçiriləcəyi tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, turnir sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq.
Yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan idman klubları və təşkilatlarını təmsil edən taekvondoçular iştirak edəcəklər.
Turnirdə 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər. Yarış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və Azərbaycan Taekvondo Federasiyasının qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak etmək istəyən komandaların son qeydiyyatı 17 sentyabr, saat 15:00-dək aparılacaq.