Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatında finala çıxa bilməyib.
Fanat.Az məlumatına görə, dünyanın 1 nömrəli raketka ustası yarımfinalda italiyalı Yannik Sinnerə məğlub olub.
Cokoviç rəqibinə 1:3 (1:6, 2:6, 7:6, 3:6) hesabı ilə yenilib.
Sinner finalda Daniil Medvedev (Rusiya) - Aleksandr Zverev (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Final yanvarın 28-də baş tutacaq.