Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Fanat.Az xəbər verir ki, o, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək.
Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək.
İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.