Latviyanın paytaxtı Riqada “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın son günlərində seçmə komandamızın aktivinə daha 7 medal yazılıb.
Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli üçuncü yeri tutub. U-19 yaş dərəcəsində keçirilən yarışlara da qatılan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçuncü olub.
Xatırladaq ki, yarışın ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli U-13 yaş dərəcəsində baş mükafata layiq görülmüşdü. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc mükafatla başa vurublar.