WTA koronavirus pandemiyası səbəbindən təqvimdə 6 həftəlik fasilə elan edib.
Fanat.Az xəbər verir ki, sabiq dünya "bir nömrə"si Serena Uilyams fasiləni necə keçirəcəyindən danışıb:
"Növbəti 6 həftəni tək keçirəcəm. Evimin xanımı olacam, analıq edəcəm. Həmçinin yemək bişirəcəm, evi təmizləyəcəm. Bu arada, üz maskalarından sizə danışacaq, makiyaj dərsləri verəcəm. Özünüzü qoruyun. Vəziyyət ciddidi".
Fanat.Az