Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"un (Roland Garros) planlaşdırıldığı tarixdə (mayın sonu - iyunun əvvəli) keçirilməsi mümkün olmayacaq.
Fanat.Az xəbər verir ki, koronavirus (coronavirus) pandemiyası səbəbindən RQ-nin vaxtı dəyişdirilib. Bu barədə Fransa Tennis Federasiyası məlumat yayıb.
"Rolan Qarros"un 20 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcəyi bildirilib.
Fanat.Az