Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" seriyalı turniri olan "Uimbldon"un (29 iyun - 12 iyul) koronavirus pandemiyası səbəbindən bu il keçirilməyəcəyi gözlənilir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərə Tennis Klubunun direktorlar şurasının bu həftə keçiriləcək fövqəladə iclasında bu yöndə qərar qəbul ediləcək.
"Uimbldon"un digər idman müsabiqələri ilə müqayisədə koronavirusun mənfi təsirlərindən daha yaxşı qorunduğu bildirilir. Belə ki, bir neçə il əvvəl turnir rəhbərliyi yarana biləcək pandemiya vəziyyətləri ilə bağlı xüsusi sığorta anlaşması imzalayıb.
Qeyd edək ki, "Uimbldon" sonuncu dəfə 1945-ci ildə ləğv olunub.
Fanat.Az