Peşəkar tennis karyerasını bitirən Karolina Voznyaki vida matçında Serena Uilyamsla qarşılaşmalı idi.
Fanat.Az xəbər verir ki, 18 mayda Danimarkanın paytaxtı Kopenhagendə keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Qarşılaşmanın biletləri qısa müddət ərzində satılmışdı. Voznyaki biletlərin etibarlılığını qoruduğunu açıqlayıb.
Qeyd edək ki, danimarkalı tennisçi "Australian Open"in üçüncü mərhələsində Ons Jaberə məğlub olduqdan sonra tennislə vidalaşmışdı.
Fanat.Az