Rocer Federer dizindən növbəti dəfə əməliyyat olub.
Fanat.Az xəbər verir ki, isveçrəli tennisçi mövsümü bağlayıb. Federer "Twitter" hesabı vasitəsilə bu barədə məlumat verib:
"Əziz fanatlarım, ümid edirəm ki, sağlamlığınıza və təhlükəsizliyinizə diqqət edirsiniz. Bir neçə həftə əvvəl ilkin bərpa prosesi zamanı problemlə üzləşdim. Bu səbəbdən sağ dizimdən əlavə artroskopik əməliyyat keçirməli oldum. 2017-ci il mövsümündən əvvəl olduğu kimi, ən yüksək səviyyədə oynamağa 100% hazır olmaq üçün müəyyən müddət tennisə fasilə vermək niyyətindəyəm. Fanatlarım və tur üçün çox darıxacam. 2021-ci il mövsümündə görüşərik".
Fanat.Az