Rus tennisçi Karen Xaçanov sevdiyi idman növlərindən bəhs edib.
Fanat.Az xəbər verir ki, Xaçanov sabiq tennisçi, hazırda jurnalist kimi fəaliyyət göstərən Barbara Şettin instaqram canlı yayımında qonağ olub. 24 yaşlı raketka ustası qarışıq döyüş sənətləri (MMA) ilə məşğul ola biləcəyini istisna etməyib:
"Basketbolu sevirəm - yəqin ki, boyuma (198 sm. - Fanat.Az) görə. Basketbol oynamışam. Hokkey, MMA, UFC və futbolu da xoşlayıram. Amma hansısa klubun azarkeşi deyiləm. Xizəkçiliyi də sevirdim. Sadəcə, indi xizək sürmək təhlükəlidi. Sonradan xizəyi snouborda dəyişdim.
MMA-ya gəlincə, çox sərt idman növüdü. UFC-də bir neçə məşhur rus döyüşçü var. İnsanların qorxmadan qəfəsə girməsi məni heyran edir. Özüm cəhd etməmişəm, çünki xüsusilə də biləklər üçün təhlükəli idmandı. Amma bilmək olmaz, bəlkə də, gələcəkdə özümü MMA-da yoxladım".
Fanat.Az