Dünya "iki nömrə"si Simona Halep mövsümün qalan hissəsində Avropadan kənarda keçiriləcək turnirlərdə iştirak etməyəcək.
Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, Halep "US Open", Vaşinqtonda və Sinsinnatidə keçiriləcək turnirlər, o cümlədən Asiya turunun tamamını buraxmaq qərarına gəlib.
Koronavirus pandemiyası səbəbindən ATP və WTA turnirləri mart ayından bəri dayandırılıb. Tennis mövsümünün ən yaxşı halda avqustda bərpa olunacağı gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol