Novak Cokoviçin atası Srcan Cokoviç Rocer Federerin oğluna düşmənçilik etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, Srcan "Sport Klub" telekanalının "Spo(r)tlight" proqamında bu barədə danışıb:
"Federerin 40 yaşında niyə hələ də tennis oynadığını düşünürsünüz? Çünki o, Novaka düşmənçilik edir. Bu adam evə gedib başqa maraqlı şeylərlə məşğul ola bilər.
Nadal və Novak artıq ona çatıblar. Sadəcə, Federer onların ondan daha yaxşı olduğunu qəbul edə bilmir. Uşaqlarını böyüt, xizək sür, nə bilim, başqa bir işlə məşğul ol. Həyat tennisdən ibarət deyil. Tennis, sadəcə, indilik mənim oğlumun hobbisidi".
Avqust ayında Federerin 39 yaşı olacaq. O, yaxın günlərdə əməliyyat olunacağını və 2021-ci ildə yenidən kortlara qayıdacağını açıqlamışdı.
Qeyd edək ki, Federer 20, Nadal 19, Cokoviç isə 17 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olub.
Fanat.Az