ABŞ-ın Kentakki ştatının Leksinqton şəhərində keçiriləcək yeni turnirdə iştirak edəcək növbəti tennisçilər müəyyənləşib.
Fanat.Az WTA-nın saytına istinadən xəbər verir ki, Viktoriya Azarenka turnirə qatılacağını təsdiqləyib. Belaruslu raketka ustası ilə yanaşı, Vinus Uilyamsı da Leksinqtonda izləyə biləcəyik.
Leksinqton turniri avqustun 10-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol