Yanvarın 3-dən 9-dək Melburnda (Avstraliya) keçiriləcək ATP-250 kateqoriyalı turnirin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ilk sıra 20 qat Böyük Dəbilqə çempionu ispaniyalı Rafael Nadala verildi, o, yarışa ikinci mərhələdən başlayacaq və burada ya amerikalı Markos Giron, ya da təsnifat mərhələsinin qalibi ilə görüşəcək. İkinci sıradakı kanadalı Reyli Opelkanın ikinci turdakı rəqibi daha sonra müəyyənləşəcək.
Bolqarıstanlı Qriqor Dimitrov (3) və belçikalı David Qoffen (4) də turnirə ikinci mərhələdən başlayacaqlar.
Qeyd edək ki, "Wild card"ı britaniyalı Endi Myurrey və avstraliyalı Nik Kiryos alıb. Marrey ilk mərhələdə argentinalı Fakundo Baqnisə, Kiryos isə Slovakiya təmsilçisi Aleks Molçana qarşı oynayacaq.
Yarışın mükafat fondu 521 min dollardır.