Avstraliyanın sərhəd xidmətinin əməkdaşları dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçə ölkəyə giriş vizası verməkdən imtina ediblər.
Fanat.Az "The Age" nəşrinə istinadən xəbər verir ki, koronavirusa qarşı peyvənd olunmamayan idmançı Avstraliya qanunlarına əsasən geri qayıtmalıdır.
"Böyük dəbilqə" turnirlərinin iyirmiqat qalibi hakim dairələrin güzəştsiz mövqe tutmasını ədalətsiz hesab edir. Onun vəkilləri sərhəd xidmətinin bu qərarından apellyasiya şikayəti verəcək.
Mövcud vəziyyət Cokoviçin vizasında səhv olduğu üçün yaranıb. İş ondadır ki, bu növ viza ilə heç bir əcnəbi peyvənd olunmadan Avstraliya sərhədlərini keçə bilməz. Bu üzdən Novak 7 saata yaxın polisin nəzarəti altında gözləməli olub.
Cokoviç saxlanıldığı Melburn hava limanına 17-30 yanvar aralığında keçiriləcək Açıq Avstraliya çempionatında iştirak etmək üçün gəlib.