Bir neçə saat öncə Novak Cokoviçin məhkəmə iddiasını udmasına baxmayaraq, dünyanın bir nömrəli raketka ustası Avstraliyada yenidən həbs edilib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Kseniya Pavloviç MakAtir serbiyalı idmançının atasına istinadən xəbər yayıb
Hələlik təfərrüatlar açıqlanmayıb.
Hakim sebr idmançının Avstraliya vizasının ləğvi qərarını əsassız adlandırıb. O, Novakın karantin otelindən dərhal buraxılması göstərişini verib. Serb pasportu və şəxsi əşyaları ona geri qaytarılıb.
Bundan təxminən bir saat sonra isə Cokoviç yenidən həbs olunub.
Emin