Tennis üzrə Avstraliya Açıq çempionatında kişilərin fərdi yarışında qalib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib. Matç Nadalın 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib.
Bu, Nadalın "Böyük Dəbilqə" seriyalı turnirlərdə 21-ci çempionluğu olub. Beləliklə, 35 yaşlı raketka ustası isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.