Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 2009-cu ildə “US Open” turnirinin qalibi olan 33 yaşlı tennisçi Buenos-Ayresdə keçirilən turnirin ilk mərhələsində həmyerlisi Federiko Delbonisə məğlubiyyətdən sonra belə bir qərar qəbul edib. Görüşdən sonra mətbuat qarşısına çıxan ATP reytinqinin sabiq 3 nömrəsi addımını zədəsi ilə əlaqələndirib.
Qeyd edək ki, Del Potro 2019-cu ildən korta çıxmırdı. London-2012 Yay Olimpiya Oyunlarının bürünc, Rio-2016-nın gümüş mükafatçısı dizindəki zədəyə görə son iki ildə 4 dəfə cərrahiyyə əməliyyatı keçirmişdi.
Sahib