İspaniyalı tennisçi Rafael Nadal 14-cü dəfə "Roland Garros" turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 36 yaşlı raketka ustası finalda norveçli Kasper Ruud üzərində inamlı qələbə qazanıb – 6:3, 6:3, 6:0.
Bu, ispan tennisçinin “Böyük Dəbilqə” seriyasında 22-ci qalibiyyəti olub. O, iki dəfə Australian Open, iki dəfə Uimbldon, dörd dəfə isə US Open turnirində baş mükafata sahib çıxıb.
Nadal həmçinin kişilərin yarışında bu turniri qələbə ilə başa vuran ən yaşlı tennisçi olub.