Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.
Fanat.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-ə prezident seçilib.
Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyaya rəhbərlik edəcək.
Gülməmməd Cavadov vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı olacaq.