"Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi, İsveçrə tennisçisi Roje Federer sentyabrın sonunda Londonda keçiriləcək “Laver Cup"da çıxışı ilə karyerasını başa vuracağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı raketka ustası bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, sağlamlığının karyerasını davam etdirməyə imkan vermədiyini bildirib.
Qeyd edək ki, Roje Federer karyerası ərzində Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) 103 titulunu qazanıb. O, 8 dəfə “Uimbldon”, 6 dəfə Avstraliya Açıq, 5 dəfə ABŞ Açıq, bir dəfə isə Fransa Açıq çempionatının qalibi olub.