Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirində mükafata layiq görülüb.
Fanat.Az xəbər verir ki, 15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/8 finalda mübarizəni dayandırıblar.
Xatırladaq ki, daha əvvəl 11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi 1/4 final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.
Yarışa 18 ölkənin idmançıları qatılıblar.