Olimpiyadalar tarixində ilk transgender qadın, Yeni Zelandiyadan olan ağır atlet Lorel Habbard (Laurel Hubbard) karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "RET" agentliyi yayıb.
"Mən artıq o yaşda deyiləm. Açığını deyim ki, çoxdan o yaşda deyiləm. Təqaüdə çıxmağı düşünmək və bu həyatda başqa şeylərə diqqət yetirmək vaxtıdır.", deyə 43 yaşlı Habbard bildirib.
Xatırladaq ki, Lorel Habbard 87 kq-dan yuxarı çəki dərəcəsində qadınlar arasında keçirilən Olimpiya ağır atletika yarışında iştirak edirdi. Ağırlıq qaldırmada üç cəhdin hər birini uğursuz başa vuraraq yarışla vidalaşıb.
Emin Şəmsiyev