Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio 2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 4 çıxışın cəmində 87,800 bal toplayıb.
20 yaşlı idmançımız topla hərəkətlərdə 23.400, halqada 23.000, lentlə 19.900, gürzlərlə isə 21.500 layiq görülüb.
Ağamirova 26 idmançı arasında 18-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, sabah baş tutacaq həlledici mərhələdə ilk "onluq" yarışacaq.
Sahib Əsədbəyli