Tokio 2020 Türkiyənin ən çox növ üzrə fərqləndiyi Yay Olimpiya Oyunları kimi tarixə düşüb.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" 6 idman növündə mükafatlara layiq görülüb.
Bunlar güləş, taekvondo, boks, gimnastika, oxatma və karatedir.
Qeyd edək ki, Türkiyənin milli Olimpiya komandası Tokio 2020-ni 2 qızıl, 2 gümüş, 9 bürünc medalla 34-cü sırada başa vurub.
Sahib Əsədbəyli