Tokio 2020 Yay Olimpiya Oyunlarının atletika yarışlarında yeni Olimpiya rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, keniyalı atlet Feys Kipyeqon qadınların 1500 metr məsafəyə qaçış finalında 3 dəqiqə 53,11 saniyə ilə Olimpiadalarda ən yaxşı göstəricini müəyyənləşdirib.
Rumıniyalı Paula İvanın Seul 1988-dən bu yana dəyişməyən rekordunu (3.53,96) qıran 27 yaşlı atlet karyerasında ikinci dəfə dördilliyin zirvə yarışının qalibi olub.
Qeyd edək ki, Keniyanın Tokio 2020-də 3 qızıl medalı var.
Sahib Əsədbəyli