Azərbaycan pauerliftinqçisi Nurlan Babacanov Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.
Fanat.Az xəbər verir 97 kiloqram çəki dərəcəsindəki idmançımız 185 kiloqramı ram edib. Bu, 29 yaşlı ağırlıqqaldıranımıza yeddinci olmağa yetib.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-nin pauerliftinq yarışına 4 idmançı ilə qatılıb. Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıbsa, digər iki paralimpiyaçımız - Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) avqustun 30-da mübarizəyə qoşulacaq.