UFC-də (Mütləq Döyüş Çempionatı) 2022-ci ilin ən yaxşı döyüşü məlum olub.
Fanat.Az xəbər verir ki, çexiyalı İrji Proxazka ilə braziliyalı Qlover Teyşeyra arasında yüngül çəkidə çempionluq uğrunda döyüş 2022-ci ilin ən yaxşı döyüşü müəyyən edilib.
Qeyd edək ki, döyüş iyunun 12-də Sinqapurda UFC 275-də baş tutub. Beşinci raundun bitməsinə 28 saniyə qalmış Proxazkanın boğma fəndi ilə rəqibinə qalib gəlib.