Yüngül çəkidə (70 kiloqrama qədər) sabiq UFC çempionu Həbib Nurməhəmmədov Federal Vergi Xidmətinə (FTS) olan borclarını ödəyib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dağıstanlı idmançı 302 milyon rublundan keçərək borclarını bağlayıb.
Bu ayın əvvəllərində məhkəmə Həbinin 79 milyonluq əmlakını müsadirə etmişdi.
Qeyd edək ki, karyerası ərzində keçirdiyi 29 döyüşün hamısında qələbə qazanan Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib.