
Dünyanın ən nüfuzlu idman təşkilatlarından olan UFC-nin Bakıda təşkil etdiyi möhtəşəm turnir çərçivəsində rəsmi media gününə start verilib.
Fanat.Az-ın məlumatına görə, "Hilton Baku" otelində baş tutan mətbuat konfransında idmançılar medianın suallarını cavablandırır və ilk rəsmi açıqlamalarını verirlər.
Ölkəmizdə böyük maraqla gözlənilən bu döyüş şousu öncəsi idmançılar iddialı bəyanatlarlarla çıxış edir.
Turnirin rəsmi çəkiölçmə mərasimi isə iyunun 26-da Milli Gimnastika Arenasında baş tutacaq və idmançılar son dəfə üz-üzə gələcəklər.