
Milli Gimnastika Arenasında keçiriləcək tarixi UFC turniri öncəsi döyüşçülər azarkeşlərin qarşısına çıxır.
Fanat.Az xəbər verir ki, bu gün turnirin ən həyəcanlı və vizual olaraq möhtəşəm hissəsi olan təntənəli çəkiölçmə mərasimi (Ceremonial Weigh-ins) start götürür.
İdmançılar bu dəfə rəsmiyyətdən uzaq, şou xarakterli tərəziyə çıxaraq arenaya toplaşan minlərlə döyüşsevəri salamlayacaqlar.
Mərasimin ən gərgin və maraqla gözlənilən anı isə heç şübhəsiz ki, ənənəvi baxış dueli ("face-to-face") olacaq. Azərbaycanı turnirdə təmsil edən ulduz idmançı Rafael Fiziyev və onun meksikalı rəqibi Manuel Torres tərəzidən sonra ilk dəfə göz-gözə gələrək psixoloji üstünlük qazanmağa çalışacaqlar.