
UFC oktaqonunda maraqlı çəki dəyişikliyi və köhnə rəqiblərin yeni hesablaşması elan olunub.
Fanat.Az xəbər verir ki, niderlandlı döyüşçü Reynier de Ridder orta çəkidən (84 kq) imtina edərək yuxarı - yüngül ağır çəkiyə (93 kq) yüksəlib.
Onun yeni çəkidəki ilk sınağı isə UFC Sakramento turnirində, orta çəkidən köhnə rəqibi olan gürcü döyüşçü Roman Dolidze qarşısında olacaq.
İki köhnə tanışın fərqli çəki dərəcəsindəki bu döyüşü UFC azarkeşləri tərəfindər böyük maraqla gözlənilir.