
Bakıda keçirilən UFC turniri idman mübarizəsi ilə yanaşı, gözlənilməz bir qadağa ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, turnir çərçivəsində oktaqona çıxan Abdulrahman Yahyayev Türkiyə mətbuatına açıqlama verib.
Təcrübəli idmançı, qarşılaşma zamanı özü ilə gətirdiyi Türkiyə bayrağının arenaya daxil edilməsinə və qələbə sevincində dalğalandırılmasına UFC təşkilatçıları tərəfindən rəsmən qadağa qoyulduğunu açıqlayıb.
UFC-nin son illərdə tətbiq etdiyi qlobal "bayraq protokolu" qaydalarına görə, idmançıların oktaqona çıxış zamanı rəsmi olaraq təmsil etdikləri ölkələrdən fərqli və ya xüsusi icazə verilməyən dövlət rəmzlərini daşıması qadağan edilir. Lakin bu qaydanın qardaş ölkənin bayrağına tətbiq olunması azarkeşlər tərəfindən kəskin qarşılanıb və sosial şəbəkələrdə böyük müzakirə dalğasına səbəb olub.
Kamil Xudiyev